Piroxtexniki vasitələrin satışını təşkil edən şəxs CƏRİMƏLƏNDİ

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində piroxtexniki vasitələrin satışını təşkil edən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, həmin ṣəxsdən aşkarlanan pirotexniki vasitələr götürülüb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan olunmuş işlərin (xidmətlərin) yerinə yetirilməsi) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi təmin edilib. Profilaktiki tədbirlər nəticəsində rayon sakinlərinin könüllü olaraq təqdim etdiyi 2 ədəd ov silahı təhvil götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.