Vüsal Hüseynov Xidmətin aparatında vətəndaşlarla görüşəcək

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov dekabrən 22-də saat 15:00-da Xidmətin aparatında vətəndaşlarla görüşəcək.

Qurumdan bildiriblər ki, görüşdə iştirak etmək istəyənlər şəxsiyyətini təsdiq edən sənədlərlə dekabrın 21-dək paytaxtın Atatürk Prospekti 189 ünvanındakı Bakı şəhər regional miqrasiya baş idarəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.

Görüşə yazılanlardan müraciətin səbəbini aydın və ətraflı göstərməklə şəxsiyyət vəsiqəsini (əcnəbi və vətəndaşığı olmayan şəxs olduğu təqdirdə Azərbaycan Respublikası ərazisində olmasını və ya yaşamasını təsdiq edən müvafiq sənədi, xarici pasportunu və ya digər sərhədkeçmə sənədini), nümayəndə müraciət etdikdə isə əlavə olaraq bunu təsdiqləyən rəsmi sənədləri təqdim etmələri xahiş olunur.