"Milli Liderimiz-100" adlı ingilis dilində onlayn tədbir keçirilib

Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Dünyada elə şəxsiyyətlər var ki, onların adı ilə təkcə mənsub olduqları xalqın, millətin tarixi taleyi deyil, böyük bir epoxa bağlı olur. Bunlar tarix yaradan böyük şəxsiyyətlərdir. Böyük şəxsiyyətlər xalqın düşünən beyni, danışan dili, görən gözüdür.

Qarşısında böyük şəxsiyyəti, lideri olmayan xalq başsız kimidir. Biz xoşbəxtdik ki, xalqımızın yetişdirdiyi dahi şəxsiyyətlər olub və onların hərəsi öz zamanında və əlbəttə, həm də sonrakı illərin tarixini yaradıb. Böyük şairlərimiz, musiqiçilərimiz, alimlərimiz, sərkərdələrimiz, xatunlarımız tarixdə məşhurdur.

Azərbaycan xalqını XX əsrdə yetişdirdiyi, tarix yaradan böyük şəxsiyyətlərin öndəri Heydər Əlirza oğlu Əliyevdir.

ADPU-nun Xarici Dillər Mərkəzinin b/m Sevda Ağayeva və AGKA-nın birgə təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyi ilə əlaqədar olaraq "Milli Liderimiz-100" (Our National Leader -100") adlı ingilis dilində onlayn tədbir dekabrın 27-də Zoom mobil tətbiqində keçirilmişdir.

Tədbirdə Xarici dillər mərkəzinin müəllimləri (dos Svetlana Məmmədova, dos Nurlana Kazımova, dos Sevda Xəlilova, b/m Əliyeva Fatma, b/l Məmmədova Sevda, ) magistrantlar, Tarix və coğrafiya fakültəsinin I və II kurs tələbələri: Nərgiz Tacıyeva, Aynur Rzayeva, Səbinə Nağiyeva, Təhminə Qasımova, Nərmin Qasımova, Pərvin Suleymanova, Gunel Mahmudzadə, Ləman Tağiyeva, Əminə Paşayeva, Rəşidə Mehdiyeva, Banu Məmmədova, Qaraş Sadıqov (Tarix müəllimliyi ixtisası 2201B), Əsmər Gənbərli, Gülnarə Məmmədova, (Tarix müəllimliyi ixtisası 2205B), Nəzrin İbadova, Əli Kərimov, Fidan Muradova, Toğrul Gənbərov, Tükəz Vəliyeva (Sosial iş ixtisası 2301 B), Suraxanı rayonu Şəhid Etibar Cəfərov adına 118 saylı tam orta məktəbin 3 Ə sinfinin müəllimi Şəlalə Novruzovanın şagirdləri (Məmmədoa Dəniz, Mehdili Əlimehdi, Kazımov Əli, Məmmədov Renald, Babayeva Fidan, Abbasova Firuzə, Abbaslı Mələk, Əliyeva Xədicə, Nağıbəyli Zeynəb, Heydərli Talha, Əlizadə İsmayıl, Əliyeva Nərmin) çıxış etdi. Tədbirdə həmçinin Mehdiabad 4 saylı məktəbin 4 C sinif şagirdi Qəhrımanlı Əhməd iştirak etdi.

Tədbirin təşkilatçısı b/m Sevda Ağayeva iştirakçıları salamladı, tədbirin keçirilməsi üçün Filologiya, Tarix və coğrafiya fakültələrinin, eləcə də Xarici Dillər Mərkəzinin rəhbərliyinə öz təşəkkürünü bildirdi.
Öncə Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü uğrunda öz canından keçmiş, şanlı zəfər tariximizi yazmış qəhrəman Şəhidlərimizi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasını Dövlət Himni səsləndirilib.

Tədbir iki dildə Azərbaycan və ingilis dillərində keçirilmiş, tələbələr tarix yaradan ulu öndərimizin keçdiyi zəngin həyat yolundan və müstəsna fəaliyyətindən ətraflı danışdılar, şeirlər söylədilər. Kiçik məktəblilərin şeirləri tədbirə xüsusi rəng qatdı. Müstəqil Azərbaycanın qurucusu, banisi haqqında videoçarxlara baxıldı, tələbələr liderimizim həyatından, maraqlı ömür yolundan danışmış, şagirdlərə ətraflı məlumatlar vermişdilər.

Tələbələrin hazırladığı dünyanın tanınmış dövlət xadimlərinin müxtəlif dövrlərdə Azərbaycanın Ümummilli lideri Heydər Əliyev haqqında söylədikləri fikirlərinin videoçarxı təqdim edildi, eləcə də tələbələr 100 illiklə bağlı Ulu Öndərin 100 kəlamını iki dildə söylədilər.

Sonda tədbirin təşkilatçısı b/m Sevda Ağayeva iştirakşılara öz təşəkkürünü bildirdi. Təşkilatçılar fəal iştiraklarına görə çıxış edən tələbə və şagirdləri sertifikatlara layiq görmüş, fəaliyyətimizin davamlı olacaqlarını bildirmişdilər.