Astara terminalında 2023-cü il ərzində 700 min tona yaxın yük aşırılıb

Astara terminalında 2023-cü il ərzində 700 min tona yaxın yük aşırılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, aşırılan yüklərin ümumi həcmi terminalın fəaliyyətə başladığı 2018-ci illə müqayisədə üç dəfəyədək çoxdur.

Hazırda terminalda biraşırımlı avtomobil yolu körpüsünün, üçaşırımlı Kəmərbəndi körpüsünün, 4 biraşırımlı dəmir yolu körpüsünün, 10 xidmət binasının və 2 platformanın tikintisi işləri davam etdirilir.

2024-cü ildə terminalın tikintisi tamamlandıqdan sonra yükaşırma gücünün illik 3,5-4 milyon tona çatdırılması nəzərdə tutulur.

Aşırılan yüklər taxta və taxta məmulatları, tikinti materialları (klinker, sement, qranit və mərmər daşlar, kafel), kimyəvi məhsullar, dənli bitkilər (arpa, taxıl, buğda və mərci), meyvə və tərəvəzlər, konservləşdirilmiş məhsullar, qida məhsulları və içkilərdir (alkoqolsuz).