Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər başa çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. Seçki Komissiyası tərəfindən açıqlanmış səsvermənin nəticəsinə əsasən, namizədliyini irəli sürmüş 38 namizəddən 13-ü səs çoxluğu toplayaraq İctimai Şuraya üzv seçilib.

Nazirlikdən  verilən məlumata görə, ictimai Şuranın üzvləri aşağıdakı tərkibdə formalaşıb:

1. IDEA İB üzvü- Ağayeva Zərxanım Tofiq qızı
2. “Ekosfera” Ekoloji-sosial Mərkəzin sədri - Sultan-zadə Firuzə Vəhdət qızı
3. “Ekostil-Azərbaycan” Təbiəti Mühafizə İB sədri - Yusifov Elman Fərhad oğlu
4. “Bioloji Müxtəliflik Mərkəzi” İB üzvü- Əsgərov Elşad Köçəri oğlu
5. “Sudan istifadə sahəsində mütəxəssislər” İB üzvü- Məmmədov Amin Fəramiz oğlu
6. “Sağlam həyata doğru” Ekoloji İB İdarə heyətinin üzvü- Abbasov Rövşən Xanış oğlu
7. “Azərbaycan Kartoqraflar” İB sədri- Bayramov Müqabil Tofiq oğlu
8. “Azərbaycan Təbiəti Mühafizəsi Cəmiyyəti” İB sədri- İsrafilov Zurab Sabir oğlu
9. “Azərbaycan qida və içki sənayeçiləri Assosiasiyası” İB sədri - Dostiyari Emin Nadir oğlu
10. “Azərbaycan Botaniklər Cəmiyyəti” İB üzvü- Abiyev Yusif Tahir oğlu
11. “Eco Hub” Ekoloji Təşəbbüslərə Dəstək İB sədri- Ağababayeva Tükəzban Nahin qızı
12. “Qırmızı ürəklər” Fondu vitse-prezident- Poladov Yusif Canəli oğlu
13. “Gənclərin tərəqqisinə dəstək” İB üzvü- Kərimli Kənan İnqilab oğlu

Qeyd edək ki, seçki prosesinə 2023-cü ilin noyabr ayının 15-dən başlanılıb. İctimai Şuraya üzv olmaq istəyən namizədlərin qeydiyyatı dekabr ayının 13-dək davam edib.

Xatırladaq ki, ETSN yanında İctimai Şura 2010-cu ildən fəaliyyət göstərir və ölkədə həlli vacib olan ekoloji problemlərin aradan qaldırılması, ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının iştirakı ilə bu sahədə birgə təkliflərin hazırlanması, müzakirə edilməsi və effektivliyin təmin olunması məqsədlə yaradılıb.