“Qırmızı Körpü” gömrük postunda 490 yük maşını gözləyir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 490 yük maşını gözləyir.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Bildirilib ki, “Biləsuvar” gömrük postunda 35, Astara gömrük postunda 15, “Mazımqara” gömrük postunda 14, “Samur” gömrük postunda 35 və “Xanoba” gömrük postunda 0 yük maşını var.