"Yaşıl dünya naminə həmrəylik ili"ndə 5 milyon ağacın əkilməsi planlaşdırılır

"Yaşıl dünya naminə həmrəylik ili"ndə 5 milyon ağacın əkilməsi planlaşdırılır.

Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov ekoloji məsələlər üzrə İşçi qrupun bu gün Zəngilanda keçirilən iclasında deyib.

Nazir müavini bildirib ki, ağacların 3 milyondan çoxunun Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əkilməsi nəzərdə tutulur. İki milyon ağacın əkilməsini isə müxtəlif dövlət qurumları, icra hakimiyyətləri həyata keçirəcək.//Azərtac