Magistraturaya qəbulda bir sıra yeniliklər edilib
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında bir sıra yeniliklər edilib.
Bu il xarici dil üzrə test tapşırılqlarının sayı 25-dən 20-yə endirilib.
Bunlardan 18-i qapalı, ikisi isə cavabı kodlaşdırılan açıq tipli suallar olacaq. Həmçinin verilən mövzu üzrə esse yazmaq tələb ediləcək. Esse yazmaq tələb olunduğu üçün imtahanın müddəti 3 saatdan 3 saat 30 dəqiqəyə qədər artırılacaq. Namizədlərə iki mövzu təqdim ediləcək və iştirakçılar onlardan birini seçəcəklər. Digər yenilik isə ondan ibarətdir ki, sual kitabçaları yığılmayacaq və iştirakçılar onu özləri ilə apara biləcəklər.
Qeyd edək ki, ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) 11 fevral 2024-cü il tarixində keçiriləcək.