"Qızılbulaq" qızıl yatağında ekoloji monitorinqlər keçirilib

Ağdərə rayonu ərazisində "Qızılbulaq" qızıl-mis-kolçedan yatağında formalaşan təhlükəli tullantıların ətraf mühitə təsirlərinin qiymətləndirilməsi məqsədilə ekoloji monitorinqlər keçirilib.

Bu, Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabatında öz əksini tapıb.

Məlumata əsasən, monitorinqlər zamanı yataqda ümumilikdə 24 nöqtədə kompleks monitorinqlər keçirilib, 40 ədəd su, torpaq və dib çöküntüsü nümunələri götürülüb, o cümlədən, atmosfer havasının keyfiyyəti (azot oksidləri, hidrogen sulfid, hidrogen sianid və.s) və radiasiya şəraitinin müəyyən edilməsi üçün ölçmə işləri aparılıb.//Trend