Fevralda 37 aptekdə yoxlama aparılıb
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində nəzarət yoxlamaları aparır.
Mərkəzdən verilən məlumata görə, 2024-cü il fevral ayı ərzində Bakı şəhəri üzrə 1 planlı və 1 plandankənar, respublikanın şəhər və rayonlarında isə 23 planlı və 12 plandankənar olmaqla, ümumilikdə 37 aptekdə yoxlama aparılıb.
Aparılan yoxlamalar nəticəsində 4 aptekdə nöqsanlar aşkarlanıb, 9 adda dərman vasitəsi (38 qutu) müsadirə edilib. İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3, 452.4 maddəsi üzrə protokollar tərtib edilib.

