COP29 zamanı su təhlükəsizliyi, strategiyaları ilə bağlı danışıqların aparılması planlaşdırılır - Umayra Tağıyeva

Su problemini şəhər əhalisi bir o qədər hiss etməsə də, fermerlər qıtlıqdan ciddi şəkildə əziyyət çəkir.

Bunu Bakıda Beynəlxalq Su Təsərrüfat Sərgi və Konfransı - "Baku Water Week" sərgisinə həsr olunmuş konfransda Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

Nazir müavini bildirib ki, qıtlığa səbəb olan amil əhalinin artımı və sudan düzgün istifadə etməməsidir.

“Dünya ölkələrinin müəyyən bir hissəsi Helsinki Beynəlxalq Su Konvensiyasına qoşulub. Su probleminin minimuma endirmək üçün qonşu dövlətlərlə beynəlxalq əməkdaşlığa ehtiyac var. Bu problem Azərbaycanda keçirilməsi nəzərdə tutulan COP29 beynəlxalq tədbirində iştirakçı dövlətlər qarşısında qaldırılacaq.

COP29 zamanı məhz su təhlükəsizliyi, uyğunlaşma planları strategiyaları ilə bağlı danışıqların aparılması planlaşdırılır”,- deyə o qeyd edib.//Trend