Ümumi çəkisi 44 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Martın 16-17-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 44 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 1,3 kiloqrama yaxın heroin, 41,2 kiloqrama yaxın marixuana, 1 kiloqramdan çox tiryək, 600 qrama yaxın metamfetamin, həmçinin 220 metadon həbi olub.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.