Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub

Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın Azərbaycandakı səfirliyində olub. 

Bu barədə səfirlikdən bildirilib. 

Şahin Mustafayev "Crocus City Hall"da törədilən terror aktı ilə bağlı matəm kitabına ürək sözlərini yazıb. 

Baş nazirin müavini həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.