Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülüb

Əcnəbi vətəndaşa narkokuryerlik edən Sabirabad rayon sakini Amid Xələfov Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ondan çəkisi 4 kiloqramdan artıq olan heroin və marixuana aşkar edilib. Araşdırmalarla A.Xələfovun sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə maddi gəlir müqabilində narkokuryerliyə cəlb edildiyi müəyyən edilib.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.