Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Yerveinsan.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;

3. "20 Yanvar" dairəsində;

4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;

5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;

6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

7. 28 May və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

8. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;

9. 8 Noyabr prospekti, Ramiz Quliyev küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

11. Zərifə Əliyeva küçəsində;

12. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində;

13. Mikayıl Müşfiq küçəsi, Badamdar dairəsindən 20 saylı məktəb istiqamətində.