Antiterror tədbirləri zamanı yaralanmış Azərbaycan Ordusunun zabiti vəfat edib
2023-cü ilin 19-20 sentyabr tarixlərində Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu 7 aprel 2024-cü il tarixində müalicə olunduğu tibb müəssisəsində vəfat edib.
Bu barədə TMüdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət etsin!