“Təzəpir” məscidində bayram namazı qılınıb

Aprelin 10-u müqəddəs Ramazan bayramıdır. Bu münasibətlə bu gün Bakıdakı “Təzəpir” məscidində bayram namazı qılınıb.

Bayram namazının qılınmasına Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edib.

Qeyd edək ki, aprelin 10-11-i Azərbaycanda Ramazan bayramı qeyd olunur.