Xankəndidə xeyli sayda silah-sursat aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 9-da Xankəndi şəhəri ərazisindən 11 avtomat, 4 tapança, 1 tüfəng, 11 qumbara, 1 qumbaraatan, 3 mərmi, 14 alışdırıcı, 34 patron darağı, 1580 ədəd müxtəlif çaplı patron, 13 ədəd süngü bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.