Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar AZAL-ın bəzi reysləri gecikir

Yaxın Şərqdə baş verən hadisələrlə əlaqədar “Azərbaycan Hava Yolları” aviaşirkətinin bəzi reysləri təhlükəsizlik məqsədilə və bəzi ölkələrin hava məkanının qapalı olması səbəbindən gecikir.

Bu barədə  "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib.

Həmin reyslər bunlardır:

İslamabad-Bakı (J2 5144)

Dammam-Bakı (J2 8210)

Dehli-Bakı (J2 058)

Dubay-Bakı (J2 016).

Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.