ANAMA: Ötən həftə 725 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən aprelin 8-dən 14-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

ANAMA-dan bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1, tank əleyhinə 5 mina və 725 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 476.7 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.