Marketdə nöqsanlar aşkarlanıb

Lənkəran şəhərindəki 18-ci məhəllə, dalan 2/1 ünvanında fəaliyyət göstərən “Refem” marketdə planlı yoxlama aparılıb.

Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Marketdə yararlılıq müddəti bitmiş, eyni zamanda, etiket məlumatlarında uyğunsuzluqlar olan müxtəlif növ qida məhsullarının satışının həyata keçirildiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində protokol tərtib edilib, istehlaka yararsız məhsulların satışının qarşısı alınıb və məhv edilməsinə dair qərar qəbul olunub.