Ceyhun Bayramov: Biz delimitasiyanı tarixi hadisə kimi dəyərləndiririk
Biz delimitasiyanı çox müsbət qəbul edirik və tarixi hadisə kimi dəyərləndiririk. Bunun ən böyük nəticəsi isə odur ki, buna iki dövlət arasında danışıqlar, siyasi, diplomatik yolla nail olduq.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə keçirdiyi birgə mətbuat konfransı zamanı səsləndirib.
O bildirib ki, sülh müqaviləsi ətrafında danışıqlar fevral ayından intensiv xarakter alıb.//Azərtac