Anar Vəliyev ABŞ-ın və İngiltərənin İqtisadçı geoloqlar Cəmiyyətinin seçilmiş üzvü dərəcəsinə layiq görülüb

    Bu yaxınlarda Birləşmiş Krallığın paytaxtı Londondan Bakıya olduqca fərəhli bir xəbər gəldi. “Azerbaycan İnterneyşnl Mayninq Kompani Limited”in geoloji kəşfiyyat işləri üzrə meneceri Anar Vəliyev ABŞ-ın və İngiltərənin İqtisadçı geoloqlar Cəmiyyətinin seçilmiş üzvü dərəcəsinə layiq görülmüşdür. Anar müəllim nisbətən gənc olmasına baxmayaraq filiz yataqlarının geologiyası sahəsi üzrə ölkəmizdə nüfuzlu  alimlərdən biri kimi tanınır.

A.Vəliyev həmçinin 2016-cı ildən ABŞ-ın və İngiltərənin  beynəlxalq nüfuzlu “İqtisadçı Geoloqlar Cəmiyyəti”-nin (Society of Economic Geologists, SEG) üzvü idi. Anar müəllim nəinki Azərbaycanımızda, hətta region ölkələrindən  SEG kimi beynəlxalq nüfuzlu geoloji cəmiyyətin seçilmiş ilk üzvüdür. O bu Cəmiyyətin Türkiyə, Çin, İngiltərə və başqa ölkələrdə təşkil etdiyi beynəlxalq geoloji konfranslarında qlobal, filizlərin yeni genetik modellərinin Azərbaycanda olan filiz yataqlarına tətbiqi, özünün də birbaşa kəfçisi olduğu Qədir, Uğur, Gilar və Zəfər kimi qızıl-mis-polimetal yataqları haqqında müxtəlif mövzularda məruzələr etmişdir.

        SEG, dünyanın ilk iqdtisadçı geoloji cəmiyyəti olmaqla Amerika Geoloji Cəmiyyəti (GSA) üzvlərinin 1919-cu ildəki toplantısında təsis edilmişdir. Cəmiyyət 28 dekabr 1920-ci ildə A.M. Bateman, W.H. Emmons, L.C. Qraton, J.F.Kemp, A.C.Lavson, U.Lindqren, R.A.F. Penrose, Jr., R.H. Sales, J.E. Spurr və H.V. Winchell kimi 60-a qədər dünyaşöhrətli görkəmli mütəxəssis alimlərin ilk üzvləri seçildiyi bir təşkilat kimi İngiltərədə fəaliyyətini genişləndirmişdir. Bu gün həmin Cəmiyyət dünyanın 127 ölkəsində fəaliyyət göstərən 10243 üzvü vardır ki, onlardan yalnız 1748-i seçilmiş üzv dərəcəsinə layiq görülmüşdür.

           Fəxrlə qeyd edə bilərik ki, Azərbaycanın yetirməsi olan Anar Vəliyev də dünya şöhrətli bu nüfuzlu təşkilatın seçilmiş üzvləri arasındadır.

     Biz də, “Azərbaycan geologiyası”MMC və “Azinterpartlayış-x”MMC-nin əməkdaşları adından, həmçinin  “Yer və insan” yurnalının yaradıcıları və oxucuları adından Anar Vəliyevi ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq.