Bank kartlarından dələduzluq yolu ilə pul vəsaitini talayan şəxs saxlanılıb

Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis şöbəsinə müxtəlif vaxtlarda 8 nəfərin bank kartından 850, 184, 1000, 400, 481, 2000, 200 və 205 manat olmaqla, ümumilikdə, 5320 manat pul vəsaitinin talanması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlləri törədən əvvəllər dələduzluq və quldurluğa görə məhkum olunmuş 39 yaşlı Elşad Fəttahov saxlanılıb.

Faktlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Onun əməllərindən zərərçəkən digər şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.