DİN: Ötən gün 1,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

İyunun 13-də polis əməkdaşları narkotik vasitənin aşkar edilməsi üçün əməliyyat keçiriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  məlumata verilib.

Qeyd olunub ki, keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 1,7 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq götürülüb.

Bu sahədə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.