Mərkəzi Bank: Bugünkü hərracda tələb 75,3 milyon dollar təşkil edib

İyulun 9-da Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib.
Bankdan bildirilib ki, hərracda tələb 75,3 milyon dollar təşkil edib və tam təmin olunub. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.