Netanyahu ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harrislə görüşüb

Vaşinqtonda səfərdə olan İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Bayden və vitse-prezident Kamala Harrislə görüşüb.

Görüşlərdə Qəzzadakı müharibə və atəşkəs razılaşması müzakirə olunub. ABŞ tərəfi Netanyahunu tez bir zamanda atəşkəs razılaşmasını qəbul etməyə çağırıb.