Tramp Fransa Olimpiadasının açılış mərasimini biabırçılıq adlandırıb

ABŞ-nin keçmiş prezidenti Donald Tramp Parisdə Olimpiadanın açılış mərasimini biabırçılıq adlandırıb.

Bu barədə o, “Fox News”a müsahibəsində mərasimi şərh edib.

“Mən çox geniş düşüncəli bir insanam, amma onların etdikləri biabırçılıq idi”, - deyə Tramp bildirib.

Qeyd edək ki, Parisdə Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.