Hakan Fidan və Blinken bölgədəki son vəziyyəti müzakirə ediblər
Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ Dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin media müşaviri Öncü Keçeli bildirib.
Qeyd edilib ki, qarşı tərəfin təklifi ilə baş tutan danışıq zamanı İsraillə Fələstin arasında davam edən atəşkəs danışıqlarında son vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb.
Dövlət rəsmiləri, həmçinin bölgədə baş verən son hadisələri müzakirə ediblər.//Trend