Braziliyanın Ali Məhkəməsi “X” sosial şəbəkəsini fəaliyyətini dayandırmaqla hədələyir
Braziliya Federal Ali Məhkəməsi sahibkar İlon Maskın qarşısında ölkədə “X” platformasının qanuni nümayəndəsini təyin etmək öhdəliyi qoyub. Əks halda Braziliyada sosial şəbəkənin fəaliyyəti dayandırılacaq.
Bu barədə məhkəmə qərarında deyilir.
Bir müddət əvvəl “X” sosial şəbəkəsi şirkətin xidmətlərinin Braziliyada istifadəçilər üçün əlçatan qalacağını elan edib.
Ali Məhkəmə qərarın ekran görüntüsünü “X” səhifəsində yerləşdirib. “X” isə iş saatları xaricində göndərilən şərh xahişinə dərhal cavab verməyib.
Məhkəmə qərarında göstərilir ki, internet məsələlərini tənzimləyən qanunvericiliyinə əsasən, Braziliya qanunlarına və məxfilik qaydalarına əməl etməyən şirkətlərin fəaliyyəti müvəqqəti dayandırıla bilər.//Azərtac