Külək güclənəcək - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti 1-3 sentyabr tarixlərində bəzi bölgələrdə küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Bu barədə xidmət məlumat yayıb.
Neftçala, Salyan, Hacıqabul, Qobustan, Quba, Qusar, Xızı, Ordubad, Culfa, Şərurda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
Siyəzən, Şabran, Xaçmaz rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şərq küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir.