Bakıda tunel çıxışında qəza baş verib

Bakı şəhərində Heydər Əliyev prospekti, “Bağırov” tunelinin çıxışında yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən  verilən məlumata görə, qəza səbəbindən həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində sıxlıq yaranıb.

Avtomobillərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.