Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb

Yanvarın 12-də Azərbaycan-İran sərhədində zəlzələ qeydə alınıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Yardımlı stansiyasından 14 km şimalda, Azərbaycanla-İran sərhədində (İran ərazisində) saat 23:27-də 3,1 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.