Sentyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb

Sentyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23°, gündüz 27-31° olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21°, gündüz 29-34°, dağlarda gecə 8-13°, gündüz 13-18° olacaq.