Sabit Bağırov: Ermənistanın dağ-mədən müəssisələrinin ətraf mühitə vurduğu ziyanı dəyərləndiririk

Bizim məqsədimiz Ermənistanın dağ-mədən müəssisələrinin fəaliyyətini araşdırmaq və onun ətraf mühitə vurduğu ziyanları dəyərləndirməkdir.

Bunu Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov Ermənistanın qanunsuz dağ-mədən sənayesi fəaliyyətinin Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın ekologiyasını zəhərləməsi ilə bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Ermənistanda 940-dan çox müxtəlif mədən fəaliyyət göstərir. Onlardan 46-sı isə ağır metal sənayesi ilə məşğuldur. Həmin 46 müəssisəni 26 şirkət idarə edir. O şirkətlərdən 12-si Sünik bölgəsində fəaliyyət göstərir. Qızıl, gümüş, mis metallar orada istehsal olunur.

“Bu metalların hazırlanması zamanı zəhərli kimyəvi maddələrdən istifadə olunur. Nəticədə bu metalların tullantıları xüsusi anbarlara axıdılır. Tullantılar yeraltı sulara, çaylara axıdılır ki, bu da çaylar üçün risklər yaradır. Belə ki, Oxçuçaya tullantıların axıdılması ilə bağlı faktları müşahidə etmişik”, - deyə S.Bağırov diqqətə çatdırıb.//Azərtac