Qarabağ Universiteti tələbələri Xankəndiyə gəlməyə başlayıblar

Sentyabrın 16-dan Qarabağ Universiteti tələbələri Xankəndiyə gəlməyə başlayıblar.

Qarabağ Universitetindən bildirilib ki, tələbələrin universitetin nümayəndələrindən ibarət işçi qrupu tərəfindən qeydiyyatı və yataqxanaya yerləşdirilməsi prosesi həyata keçirilir.

Bundan əlavə, tələbələrin Xankəndi şəhəri və universitetlə tanışlığı üçün infotur təşkil olunub.

Tələbələrin Xankəndiyə gəlişi prosesi mərhələli şəkildə sentyabrın 22-dək davam edəcək.