Bakıda yeni ekspres marşrutu fəaliyyətə başlayacaq

Hövsan qəsəbə sakinlərinin “28 May” metro stansiyası istiqamətində artan ictimai nəqliyyat tələbatını nəzərə alaraq, sentyabrın 18-dən 120E nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat tayıb.

Müasir və komfortlu avtobuslar Hövsan Yaşayış Kompleksinə (MİDA) daxil olmaqla hərəkət edəcək.