Binəqədi rayonunda əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb

Bakının Binəqədi rayonunda əməliyyatlar zamanı narkotik vasitələr və odlu silahlar aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib

Bildirilib ki, son bir ay ərzində keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 98 fakt aşkarlanıb:

"Ümumilikdə 29 kiloqram narkotik vasitə, o cümlədən 15 kiloqram heroin, 6 kiloqram tiryək və 8 kiloqram marixuana qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. Həmçinin Binəqədi rayonunda polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər zamanı 2 "Kalaşnikov" avtomatı, 2 "Makarov" tapançası və 21 ədəd patron aşkarlanıb".