İlk azərbaycanlı ərəbşünas-alim Aida İmanquliyevanın yubileyinə həsr olunmuş videoçarx hazırlandı

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində növbəti videoçarx hazırlandı.

Metodika və biblioqrafiya şöbəsinin müdiri Aysel Həsənovanın və İnformasiya-resurs şöbəsinin  kitabxanaçı-informasiya texnologiyaları üzrə mütəxəssisi Ruhiyyə Şabanovanın hazırladıqları  videoçarx ilk azərbaycanlı qadın ərəbşünas-alim, professor Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunub.

Videoçarxda  Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, professor, qadın-şərqşünas, tanınmış pedaqoq, AYB-nin üzvü Aida İmanquliyevanın həyatı və elmi fəaliyyəti haqqında məlumat verilir.  Bildirilir ki, Aida İmanquliyeva görkəmli şərqşünas olmaqla yanaşı, gözəl ədəbiyyatşünas və tərcüməçi olmuşdur.

Videoçarx  tanınmış bəstəkar Vaqif Mustafazadənin “Bayatı-Şiraz”  musiqisi ilə nümayiş olunur.

Videoçarx kitabxananın YouTube kanalında izləyicilərə təqdim olunur:

https://www.youtube.com/watch?v=A7C_j9Yde3I