Azərbaycanda istilik mövsümü nə vaxt başlayacaq?

Bakıda bu il istilik mövsümünün noyabrın 15-də başlanması nəzərdə tutulub.

Yerveinsan.az xəbər verir ki, bu barədə "Trend"ə "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı deyib.

 

O bildirib ki, noyabrın 1-dən isə 14 dağlıq və dağətəyi rayonlarda başlanacaq.

 

Həmin rayonlar aşağıdakılardır:

 

1. Daşkəsən;

 

2. Gədəbəy;

 

3. Xaçmaz;

 

4. Kəlbəcər;

 

5. Qəbələ;

 

6. Quba;

 

7. Qusar;

 

8. Laçın;

 

9. Lerik;

 

10. Şamaxı;

 

11. Siyəzən;

 

12. Şabran;

 

13. Şuşa;

 

14. Yardımlı.

 

E.Basqallı qeyd edib ki, hələlik işğaldan azad edilmiş ərazilərdən yalnız Şuşada qazanxana var: "Orada yeddi qazanxanamız var".