İqtisadiyyat nazirinin müavini Qobustanda vətəndaşlarla görüşəcək

İqtisadiyyat nazirinin müavini Anar Axundov Qobustan və Şamaxı rayonlarından olan vətəndaşlarla görüşəcək.

Nazirlikdən bildirilib ki, görüş saat 11:00-dan etibarən Qobustan şəhəri, Heydər Əliyev prospekti 521 ünvanında, Qobustan Gənclər Evinin inzibati binasında keçiriləcək.

Görüşə gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin rəsmi internet səhifəsində qeydiyyatdan keçməklə və ya 195-1 Çağrı Mərkəzinə zəng etməklə nazirliyin fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciət edə bilərlər.