Bir sıra yollarda hərəkətə qoyulan məhdudiyyət ləğv edilib

Bakıda bir sıra yollarda hərəkətə qoyulan məhdudiyyət ləğv edilib.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Bildirilib ki, Heydər Əliyev prospekti, əsas yol, həm mərkəz, həm də metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət tam aradan qaldırılıb.