Zəngilanda 1 ton yabanı çətənə bitkisi məhv edilib
Zəngilanda 1 ton yabanı çətənə bitkisi məhv edilib.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Zəngilan Rayon Polis Şöbəsi Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilb.
Tədbir zamanı Yenikənd kəndi ərazisində yabanı halda bitən 1 ton çətənə bitkisi toplanılaraq məhv edilib.