DYP: Bakı Kənar Dairəvi yolunda təhlükənin qarşısı alınır, hərəkət nizamlanır

Ötən gün Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyində baş vermiş sürüşmə ilə bağlı hazırda Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən yolda təhlükənin qarşısı alınır.

Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin məlumatında deyilir. 

Qeyd olunub ki, yolda hərəkətin nizamlanması üçün işlər görülür.