Metronun “Bakmil” stansiyasında qatarların hərəkət cədvəli dəyişdiriləcək

“Bakı Metropoliteni” QSC mütəxəssislərinin xüsusi proqramlaşdırılmış innovativ texnoloji tətbiqinin nəzəri və texniki yoxlamaları uğurla başa çatdırılıb.

QSC-dən  bildirilib ki, işlərin ikinci mərhələsində simulyasiya proqramı və xətti sınaqları müsbət nəticələr verib.

Qəbul edilmiş qərara əsasən, üçüncü mərhələdə mövcud hərəkət qrafikinə xələl gətirilmədən onun rəqəmsal əkizinin paralel müşahidələri aparılacaq. Bununla əlaqədar noyabr ayının 1-də “Bakmil” stansiyasına gedən qatarların hərəkət cədvəlinə dəyişiklik ediləcək.

Noyabr ayının 2-dən qatarların “Bakmil” istiqamətində hərəkəti “Bakı Metropoliteni” QSC-nin saytının müvafiq bölməsində göstərilmiş qaydaya uyğun bərpa olunacaq.