Xankəndi, Ağdərə, Laçın və Zəngilan xərclərini büdcədən dotasiya almadan təmin edəcək

2025-ci ildə şəhər və rayonlardan 62-si xərclərini dövlət büdcəsindən maliyyə yardımı (dotasiya) almadan öz gəlirləri hesabına təmin edəcək.

Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Bunların sırasında Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları da yer alıb.

Yerli gəlir və xərcləri tənzimləmək üçün dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən maliyyə yardımının (dotasiyanın) ayrılması nəzərdə tutulan 5 rayon üzrə 5,3 mln. manat vəsait proqnozlaşdırılıb.