Emin Əmrullayev İtaliyanın təhsil naziri ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan İtaliyanın təhsil naziri Cüzeppe Valditara ilə görüşüb.

Elm və Təhsil Nazirliyindən  bildirilib ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.