“Azəriqaz” İstehsalat Birliyi Bakının Nərimanov rayonu sakinlərinə müraciət edib

“Azəriqaz” İstehsalat Birliyi Bakının Nərimanov rayonu sakinlərinə müraciət edib.

İstehsalat Birliyindən bildirilib ki, Nərimanov rayonunun İ.Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində siyirtmədə aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə dekabrın 2-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir-bərpa işləri aparılan müddətdə İ.Həsənoğlu, Təbriz və K. Rəhimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.