Bu gün Dünya Torpaq Günüdür!


Dünya Torpaq Günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən 5 dekabr 2014-cü il tarixindən etibarən rəsmi olaraq elan edilib. Hər ilin bu günü torpağın əhəmiyyətini vurğulamaq, onun qorunması və davamlı istifadəsi ilə bağlı tədbirlər görmək məqsədilə keçirilir.

Yerveinsan.az xəbər verir ki, hər il Dünya Torpaq Günündə torpaqla bağlı aktual problemləri həll etmək üçün xüsusi bir mövzuya diqqət yetirilir. Bu ilin mövzusu "Torpağa qulluq: ölç, nəzarət et, idarə et" devizi altında qeyd olunur.