Xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 145 min 978 nəfər olub
Bu ilin noyabr ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 145 min 978 nəfər olub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onların 110 min 454-ü yaşa, 14 min 285-i əlilliyə, 21 min 239 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.